Amerika BƏƏ məhkəməsini işə yenidən baxmağa çağırıb

ABŞ dünya televiziyalarında göstəriləndən sonra böyük rezonans doğurmuş Bİrləşmiş Ərəb Əmirliklərinin hakim ailəsinin bir üzvünün əfqanıstanlı iş adamına işgəncə verməsi faktı ilə bağlı yerli məhkəmənin qərarına yenidən baxmağa çağırıb.

Birləşmiş Ərəb Əmirlikləri məhkəməsinin bazar günü çıxardığı qərara görə, Şeyx İsa bin Zayed əl-Nahyan əfqan iş adamına işgəncə vermə anında anlaqlı vəziyyətdə olmadığına görə hadisədə təqsirkar deyil.