İran yenidən nüvə fiziki Məssud Məhəmmədin ölümünə görə ABŞ və Israili ittiham edib.
Parlamentin spikeri Əli Laricani ABŞ prezidenti Barak Obamanı alimin ölümü ilə əlaqəli «terrorizm»i təbliğ etməkdə günahlandırıb. Məssud Məhəmməd yanvarın 12-də Tehranda partlayış zamanı ölüb. Qətlə görə məsuliyyəti heç kim üzərinə götürməyib.
ABŞ Dövlət Departamenti İran rəsmilərinin ittihamını «cəfəng» adlandırıb.
Dövlət mediası alimi islam rejiminin «sadiq tərəfdarı» kimi təsvir etsə də, Məssud Məhəmmədin adı müxalifət lideri Mir Hüseyn Musəvini dəstəkləyənlərin siyahısında olub.