“Can Bakı”nın canlı ömrü sona çatsa da, verilişimizin keçmiş qonaqları bizi unutmurlar. Bayramlarımızı təbrik edirlər, halımızı soruşurlar. Hətta bizə mövzu təklif edənlər də olur. Var olsunlar! Ötən ilin bithabitində, “Savalan” qrupunun solisti, “Can Bakı”nın efirində hər zaman səslənən möhtəşəm “Yollar” mahnısının ifaçısı Novruz Novruzlu bizə telefon açdı və ABŞ-da yaşayan bir keçmiş tələbə dostunun Bakıya gəldiyini söylədi. Görüşü Yeni ilin əvvəllərinə saxladıq. Və nəhayət, Novruz bəy və Nailə xanım Əziz (Beydullayeva) AzadlıqRadiosunun “Can Bakı” proqramının qonağı oldular. 37 dəqiqəlik söhbətin ən vacib məqamları qarşınızdadır. Söhbəti özünüz də dinləyə bilərsiniz.
S.İ.: Nailə xanım, xoş gəlmisiniz Vətənə. Novruz bəy, sizi də xoş gördük “Can Bakı”da.
N.N.: Təşəkkür edirik. Yeni iliniz mübarək olsun! Xeyirli-uğurlu olsun inşallah!
S.İ.: Novruz bəy, bizi Nailə xanımla tanışdırdığınız üçün Sizə təşəkkür borcumuz var.
N.N.: Borcumuzdur. Çünki Nailə xanım ABŞ-da Azərbaycan üçün çox faydalı və dəyərli işlər görür.
S.İ.: Nailə xanım, lütfən, özünüzü oxucularımıza, dinləyicilərimizə tanıdın.
N.Ə.: Düz 12 ildir burda yoxam. 1999-cu ildən Nyu-Yorkda yaşayıram...
N.N.: Nailə xanım çətinliyə düşdü. Bəlkə girişi mən verim, Sevda xanım? Biz Nailə xanımla İncəsənət Universitetində bir oxumuşuq. Elə o vaxtdan çox fəal olub. Musiqi ilə məşğul idi. Ən yaddaqalan işi o zaman Alim Qasımovla oxuduğu “Bayatılar” mahnısı idi. Nailə bir musiqiçi kimi o ifa ilə tanındı. Sonra ABŞ-a köçdü. Yəqin mühacirət həyatı barədə özü danışacaq.
N. Ə.: Institutda oxuyanda Lenin təqaüdçüsü idim. Fakültə katibi idim. O vaxt institutda Vaqif Gərayzadə ansambl yaratmışdı. Mən orada klavişli alətlərdə (keyboard) çalırdım və oxuyurdum. Ansamblımızda Almaz Ələskərova vardı, Aygün sonra gəldi, Zülfiyyə gəldi. O vaxt ansamblın adı “Caz-Folklor” idi, sonra “Aypara” oldu. Vaqif Gərayzadə iki gözəl mahnı yazdı və klip çəkildi. İkisi də Alim Qasımovla oxundu. Birini—“Bayatılar”ı mən oxudum, o birini Almaz Ələskərova.
S.İ.: Nailə xanım, bəs niyə karyeranızı burada davam etdirmədiniz?
N.Ə.: Onu yazacaqsınız? (Gülüşmə)
S.İ.: Əlbəttə, necə var, o cür də yazacam...
N.Ə.: Ərə getdim. O üzdən də ABŞ- a köçdüm.
S.İ.: Həyat yoldaşınız Azərbaycanlı idi, yoxsa...
N.Ə.: Yox, amerikalı pianoçu idi...
S.İ.: Və siz bu səbəbdən 12 il öncə ABŞ-a köç etdiniz? Necə qarşıladı getdiyiniz ölkə sizi? 12 il öncənin Bakısından okeanın o tayına yerləşmək, öyrəşmək prosesi necə keçdi?
N.Ə.: Başqa yerə köçəndə, çox çətin olur. Çünki yad dildə danışmalı olursan. Şüur başqa, dəyərlər başqa, düşüncə başqa...Uyğunlaşmağa çalışırsan, stressə düşürsən. O stressin keçməsi azı iki il aparır. Təbii ki, şəraitə uyğunlaşana qədər də nə iləsə məşğul olmalısan. Mən musiqiçi idim, nəzəriyyə üzrə Musiqi Məktəbi bitirmişdim, sonra İncəsənət Universitetində oxumuşdum. Odur ki, musiqi fəaliyyətinə başladım. Tələbələrim oldu. Bu cəhətdən bəxtim gətirdi. Yeni şəraitdə özümü ifadə eləyə bildim, öz sənətimlə məşğul ola bildim. Mən bilirəm ki, köçənlərin çoxu tamam başqa işlərdən başlayırlar. Çünki şərait tamam fərqlidir.
N.N.: Çox çətindir. Düzdür, gedənlərin çoxu stressə, depressiyaya düşür. Çünki mühit fərqlidir, burdakı istilik yoxdur. Burada hamı bir-birinə əl tutur, orada insanlar özü üçün yaşayır və sırf kapitalist sistemi olduğuna görə uyğunlaşmaq bir az vaxt aparır . Amma düşüncə, enerji almaq baxımından çox inkişaf etmiş bir yerdir. Orada insana çox böyük dəyər verilir və imkan verilir ki, öz dəyərlərini ortaya qoysun. Məsələn, yəqin özü də deyəcək, Nailə xanım orada Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını Amerika xoru ilə ifa eləyib. Nəqəratını da Amerikalılar azərbaycanca oxuyublar...
N.Ə.: Disk üstümdədir.
S.İ.: Verərsiniz, qoyarıq saytımıza, hamı dinləsin.
N.Ə.: Məmnuniyyətlə. Hə, harda qaldıq...Bəlkə Novruz danışsın, o mənim barəmdə hər şeyi bilir və çox gözəl ifadə edir (Nailə xanım rusdillidir—S.İ.).
S.İ.: Eybi yox, siz fikrinizi hansı dildə istəsəniz söyləyə bilərsiniz. (Gülüşmə) Orda qalmışdınız ki, musiqi fəaliyyətinə başladınız. Çünki elə bir peşənin sahibi idiniz ki, dili yoxdur, sərhədsizdir...
N.Ə.: Elədir. Musiqi hər yerdə musiqidir. Terminlər də hər yerdə eynidir. Musiqi fəaliyyətimə “Danzas Espanoilas” qrupu ilə başladım. Bu teatrlaşdırılmış rəqs qrupudur. İspan flamenko rəqslərini oynayırlar. Bununla yanaşı tələbələrə dərs də deyirdim. O dövrdə mənim səsimdə problem var idi. O üzdən müğənnilərin səs tellərindəki problemi aradan qaldıracaq sistem axtarırdım. Yəni sistem çox idi. Orada səslə işləməyə kömək edəcək ədəbiyyat da boldur. Hətta belə bir fikir də var ki, səsində problem olan xəstə müğənni susmalıdır, oxumamalıdır. Mən tamamilə fərqli fikirdəyəm. Dediyim odur ki, mən öz sistemimi yaratdım. Bu sistem tələbələrə əla kömək edirdi. Onların arasında boğazındakı polipi lazerlə yandırmaq üçün əməliyyata hazırlaşanlar da vardı. Bilirsiniz ki, bu çox təhlükəli əməliyyatdır. Buraxılacaq səhvi düzəltmək çətin olur. Mənim sistemimdə elə bir moment var ki, polip müəyyən məşqlərlə keçə bilir. Sonra başlayır düzgün səs təliminin öyrədilməsi. Niyə müğənnilər xəstələnir? Çünki düzgün oxumurlar, səsi yerində işlətmirlər. Bu da ona gətirib çıxarır ki, polip təzədən yaranır. Amma mənim sistemimdə poliplər sorulur, üstəgəl, müğənni səsinə elə bir yüngül, rahat, sərbəst yer seçir ki, polip bir daha yaranmır. Bu 3-4 ay vaxt aparır. Yəni artıq musiqi karyerasına başlamış tələbələrim problemlə gəlib, problemsiz sənətə qayıdırlar.
S.İ.: Novruz bəy, siz də musiqiçisiniz. O sistemi bizdə tətbiq etsək...
N.N.: Vallah, mən başlamışam məşqlərə. Çətin hərəkətlər deyil, sadədir. İnsan çox sirli, açılmayan varlıqdır. Özünün heç beş faizini bilmir. Nəsimi deyir ey, “Səni öz hüsnündə heyran eylərəm.” Biz bəzən bədənimizdə gəzdirdiyimiz orqanlar nədir-onu da bilmirik...Bu hərəkətlər nəfəsin üstündədir.
N. Ə.: Bu sadə hərəkətlər çoxdan mövcuddur. Sadəcə, onu tapıb bir sistemə salmaq lazım idi. Bizim Bakıdakı müəllimlər də bu hərəkətlərdən xəbərdardırlar. Ancaq istifadə etmirlər.
N.N.: Mənə elə gəlir ki, baxır hansı səslərə. Səs var ki, bu çox önəmli ola bilər. Elə yer var ki, düşüncədə səhv olanda, nə isə bir xəbərdarlıq gəlir. Yəni düşüncə də önəmlidir, səs də. 10 faiz səs var ki, oxuduğu musiqinin məsuliyyətindən asılı olaraq ona ruhi şeylər gələ bilər. Məsələn, ünlü müğənnimiz Akif İslamzadə deyir ki, mən səsimin batmasına bir az qalmış hiss edirdim ki, mənə nə isə olacaq. Mənə ilahi şeylər açılırdı. Anlaya bilmirdim ki, bu nədir... Ona görə də, insanın özü qədər, səs də çox mükəmməl, sirli bir allah vergisidir. Bizim musiqini niyə sevirlər? Qrupumuzla yad məmləkətlərdə oxuyanda, mən həmişə təəccüblənirəm ki, bizim musiqi niyə belə təsir edir adamlara? Çünki bura məkan olaraq güclü yerdir, enerji olaraq güclü yerdir. İnformasiya güclüdür. Odur ki, Nailə xanım “Sənə də qalmaz”ı oxuyandan sonra, başlayıblar Azərbaycan musiqisi ilə maraqlanmağa. Yeniliklər istəyirlər olsun. Ona görə də, Nailə xanım orada Azərbaycan Mədəniyyət Mərkəzi yaratmaq istəyir.
N.Ə.: Bu 12 ildə qəlbimi incidən hadisələrlə üzləşdim. Soruşurlar ki, haradansan? Cavablayırsan. Aaa, deyirlər, siz erməni dilində danışırsınız? Və bu tez-tez təkrarlanır. Musiqimizi eşidirlər, təəccüblənirlər. Bu necə ölkədir?--deyə soruşurlar. İnternetə girib maraqlanırlar. Tanışlıqdan sonra lap təəccüblənirlər. İlk dəfə eşitdiklərini deyirlər. Mən istəyirəm orada bizim musiqimizi, necə xalq olduğumuzu göstərəm. Ona görə də, xora üz tutdum. Xor böyük kollektivdir—32-35 nəfər iştirakçısı var. İki direktoru var. Səni gör nə qədər adam eşidir. Mən onlarla “Sənə də qalmaz” mahnısını məşq edəndə, gözlərinin yaşardığını görürdüm. Hər an mənə baxıb üz ifadələri ilə mahnının gözəlliyindən həzz aldıqlarını anlatmağa çalışırdılar. Məşqdən, konsertdən sonra hər dəfə “Nailə, bu nə ecazkar musiqidir?”-- deyə heyrətlənirdilər. Məni incidən nədir? Amerika flamenko oynayır. Bu çox gözəldir, qoy oynasın. Amma orada bizim musiqimizi bilmirlər, heç yerdə öyrətmirlər—bu mənə ağır gəlir. Mən dərslərimdə dünyanın hər yerindən gəlmiş tələbələrə musiqimizi eşitdirirəm. Heyran qalırlar, o cür oxumaq istəyirlər. Mən “Arzular” mahnısını oxuyub, onu internetlə hamıya yolladım. Xorun direktoru mahnını eşidib dedi ki, Nailə, bu elə mahnıdır ki, mən onu həmişə eşitmək istərdim. Olarmı mən o mahnını başqa—daha böyük xora göndərim, qoy onlar da dinləsinlər. Dedim, əlbəttə, olar. Tələbələrim bizim mahnıları oxumaq istəyəndə, mən internetdə xaricilərə şərq stilində oxumaq öyrədən dərs vəsaiti axtardım. Kitab dükanlarını gəzdim. Tapmadım. Mənim ağlıma gəldi ki, oturum, yazım bunu. Bilirsiniz ki, dünya musiqisində Şərqə maraq artır. İndi yazıram və kitaba iki disk də əlavə etmək istəyirəm. Diskin birində ifa texnikası, o birində bizim Azərbaycan xalq mahnıları olacaq. Yəni tələbə onu eşidəcək və minusun üstündə oxuya da biləcək. Bütün bunlardan sonra bizdə belə bir fikir yarandı ki, Nyu-Yorkda Azərbaycan Mədəniyyət Mərkəzi yaratmaq vaxtı gəlib çatıb. Artıq Mehriban xanım Əliyevaya məktub da göndərmişəm.
N.N: Hansı bir sahədə boşluq olursa, onu başqaları doldurur. Nəyə görə musiqi alətimizi, hətta mahnılarımızı mənimsəyirlər? Çünki sahib çıxa bilmirik...
N.Ə.: Artıq “Melodiya” Nyu-York qadın xoru ilə razılığa gəlmişik, Azərbaycan xalq musiqisindən ibarət bir disk yazacağıq. Ən məşhur xalq mahnıları, bir də “Sarı gəlin” o diskdə hökmən olacaq. Və bu diski bütün dünyada yaymaq fikrindəyik.
S.İ.: Nailə xanım, mən xaricdən gələn qonaqlarımıza bu sualı mütləq verirəm. Bakını necə gördünüz?
N.Ə.: Çox gözəl. İki ildən bir gəlirəm. Günü-gündən gözəlləşir...
S.İ.: Bəs yaşadığınız şəhərlə doğulduğunuz şəhəri heç müqayisə etdiyiniz vaxtlar oldumu? Məsələn, tarixi abidələrə münasibətdə...
N.N.: Sevda xanım, bu düşüncə məsələsidir. Şəhərimizin gözəlləşməsi ilə yanaşı, istərdik ki, uca körpülər kimi, gözəl yollar kimi, binalar kimi düşüncələr də yüksəlsin. Bakı gözəlləşir. Amma istərdik ki, şüur da dəyişsin. Dəyərlər dəyişsin, gözəlləşsin. Mən Amerikada olmuşam. Orada düşüncə başqadır. Hər şeyi yaradan da şüurdur...
S.İ.: Məsələn, bir neçə gün öncə Qız Qalasının yanındakı 1885-ci ildə tikilmiş binanı buldozerə verib sökdülər...Sizin yaşadığınız şəhərdə bunu edərdilərmi?
N.Ə.: Yox!...Sökməzdilər...
N.N.: O bina tarixdir. O binalara görə xaricilər gəlirlər, Bakıya da o binalara görə dəyər verirlər...
N.Ə.: Çox utandırıcıdır!..
S.İ.: Qayıdaq söhbətimizə. Son sualım: Bakıya gəlişinizin məqsədi elə mədəniyyət mərkəzi idimi?
N.Ə.: Bəli. Anam dedi, qızım, hava soyuqdur, isinəndə gəl. Dedim, yox, vaxt gözləmir. İş görmək lazımdır. Zamanı gəlib. Ertələmək olmaz...
S.İ.: Söhbət üçün təşəkkür edirəm hər ikinizə.