Müxalifət fəalları aclığa başlayıb

Qırğızıstan müxalifətinin fəalları ölkədə siyasi repressiyalara etiraz olaraq bu gündən açlığa başlayıb.

Onlar həmçinin keçmiş müdafiə naziri İsmail İsakovun azad edilməsini tələb edirlər.

İsakov bu günlərdə korrupsiya ittihamı ilə 8 il azadlıqdan məhrum edilib.

Aclıq aksiyasına 10 adam qoşulub.

Onların əksəriyəti qadınlardır.