ABŞ Haitiyə təcili yardım göndərəcək

Birləşmiş Ştatlar Haitidə zəlzələdən zərər çəkənlərə mümkün vasitələrlə təcili yardım göstərəcək.

Bunu ABŞ prezidenti Barak Obama bəyan edib.

Obama artıq hökumətə müvafiq göstəriş verildiyini və yaxın günlərdə Haitiyə lazım olan qədər ərzaq, su və dava-dərman göndəriləcəyini deyib.

Həmçinin BMT-nin baş katibi Ban Ki Mun beynəlxalq aləmi Haitiyə hərtərəfli yardım göstərməyə çağırıb.

Ölənlərin dəqiq sayı hələlik dəqiq bəlli deyil.

Beynəlxalq Qırmızı Xaç Komitəsi hesab edir ki, zəlzələdən ölən və ya xəsarət alanların sayı 3 milyona çata bilər.

Ölkə paytaxtı Port-o-Prens demək olar ki, dağılıb.

Zəlzələ 7 bal gücündə olub.