3 milyon insanın yardıma ehtiyacı ola bilər

Beynəlxalq humanitar təşkilatları Haitiyə yardım göndərməkdə davam edir. Yanvarın 12-də Haitidə 7 bal gücündə zəlzələ olub, on minlərlə insanın öldüyü ehtimal olunur.

ABŞ, Britaniya və Fransa bu ölkəyə xilasedici və digər lazımı avadanlıqlar göndərir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirib ki, 3 milyon insanın – yəni ölkə əhalisinin 1/3-nin təcili yardıma ehtiyacı ola bilər.

Bu arada Dünya Bankı bildirib ki, fəlakətin nəticələrini aradan qaldırmaq üçün 100 milyon dollar ayıracaq.