İranlı alim bu gün torpağa tapşırılıb

Bu günlərdə öldürülmüş iranlı alim, nüvə sahəsində mütəxəssis Məsud Əli Məhəmmədi bu gün Tehranda dəfn olunub.

O ötən çərşənbə axşamı evinin yaxınlığında partlayışla öldürülüb.

Bu qətlə görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

İranın hakim dairələri bəyan edib ki, bu qətlin arxasında Birləşmiş Ştatlarla İsrail durur.