ABŞ Haitiyə əsgər göndərir

Birləşmiş Ştatlar Haitidə zəlzələdən zərərçəkənlərə yardım göstərmək və təhlükəsizliyi təmin etmək üçün bu ölkəyə təxminən 3 500 əsgər göndərəcək.

Bu barədə ABŞ ordusunun rəsmisi mayor Brayan Fikel bildirib.

Artıq 100 nəfərdən ibarət ilk heyətin günün sonunda yola salınacağı gözlənilir.

Həmçinin Çin, Fransa və İspaniya Haitiyə tonlarla ərzaq, dəva-dərman və digər lazımi avadanlıqlar göndəriblər.

Zəlzələdə 10 minlərlə adamın öldüyü xəbər verilir.

7 ballıq zəlzələdən əsasən ölkə paytaxtı Port-a-Prins zərər çəkib.

Şəhərin əksər hissəsi dağılıb, minlərlə insan tör-töküntülərin altında qalıb.