Kuba Haiti üçün hava məkanını ABŞ-a verdi

Kuba Haitiyə yardım daşıyan ABŞ təyyarələrinin onun hava sahəsindən istifadə etməsinə icazə verib.

Ağ Evdən verilən məlumata görə ABŞ-ın Quantanamo bazasından tibbi yüklərin Haitiyə çatdırılması zamanı Kuba hava məkanından istifadə edilməsinə razılıq əldə edilib. Bu da yardımların 90 dəq daha tez Haitiyə çatdırılmasına imkan verəcək.

Yanvarın 12-də baş verən zələzəldən beynəlxalq təşkilatlar 50 min nəfərə yaxın adamın öldüyünü, 300 min adamın da evsiz qaldığını deyirlər.