Həmsədrlər yanvarın 21-də Bakıya gəlirlər

Minsk Qrupunun həmsədrləri

ATƏT-in Minsk Qrupunun həmsədrləri yanvarın 21-də Azərbaycana səfər edəcəklər.

Bunu AzadlıqRadiosuna Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib.

Həmsədrlər bir gün öncə - yanvarın 20-də Ermənistana səfər edəcəklər, daha sonra Bakıya gələcəklər. Həmsədrlərin Azərbaycan Xarici İşlər Nazirliyində görüşləri nəzərdə tutulur.

Görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində razılaşdırılmamış məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.