Ağca azadlığa çıxır

1981-ci ildə Roma papası İkinci İohan Pavelə hücum eləmiş Mehmet Əli Ağca bazar ertəsi azadlığa çıxacaq.

O təxminən 30 illik həbsxana həyatı keçirib.

O Ankara yaxınlığındakı həbsxanada yatır.

Səhətinin yaxşı olduğu bildirilir.

Ağca həbsdən çıxdıqdan sonra ailə həyatı qurmaq və həyatından kitab yazmaq fikrindədir.

Kitabda əsasən papaya hücumun təşkili və həyata keçirilməsindən bəhs ediləcək.