Medvedev ABŞ-la danışıqlarda irəliləyiş olduğunu deyir

Rusiya prezidenti Dimitri Medvedev strateji hücum silahlarının ixtisarıyla bağlı Rusiya-ABŞ danışıqlarında irəliləyiş olduğunu deyir.

Medvedev danışıqların sadə olmadığını, eyni zamanda bəzi məsələlərdə razılıq əldə olunduğunu bildirib.

O həmçinin qeyd edib ki, tərəflər yeni müqaviləni eyni vaxtda təsdiqləməlidir və bu başqa cür mümkün deyil.

Tərəflər arasındakı köhnə müqavilənin müddəti ötən il dekabrın əvvəllərindən bitib.