Xudatda 3 ayaqlı quzu doğulub

Xudatda 3 ayaqlı quzu doğulub.

Ev sahibi dünən axşam tövləyə girəndə qoyunlardan birinin doğduğunu görüb. Amma quzunun qeyri-adi davranışı sahibin diqqətini çəkib və quzunun 3 ayaqlı olduğunu görüb.

ANS-PRESS-ə verilən məlumata görə, quzunun yeriməsi və qidalanmasında heç bir problem yoxdur.