İranda islahatçıların liderlərindən biri 6 il həbs cəzası alıb

İrandakı iri islahatpərəst partiyanın liderlərindən biri Möhsün Səfai Fərəhani 6 il həbs cəzasına məhkum edilib.

Bu barədə İran müxalifətinin internet saytı yazır.

Onun nədə ittiham olunması bəlli deyil.

Fərəhani 12 iyul mübahisəli prezident seçkilərindən sonra keçirilmiş etiraz aksiyaları zamanı həbs olunub.