Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə 4 əsgərin qətlində, 1 əsgərin yaralanmasında ittiham olunan əsgər Orxan Səfərova hökm oxunub.
Məhkəmə onu ömürlük azadlıqdan məhrum edib.
Orxan Səfərov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.10 (təkrar adam öldürmə), 332 (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə təqsirli bilinirdi.
Orxan Səfərov ötən il mayın 23-də Seyfəli poliqonunda avtomat silahdan atəş açaraq, əsgər yoldaşlarını qətlə yetirib. Yaxınları hadisəyə səbəb komandirin onu təhqir etməsi, ordudakı “dedovşina” amili olub.