Kərzai bildirib ki, Kabildə sabitlik bərpa olunub

Əfqanıstan prezidenti Həmid Kərzai bildirib ki, Kabildə sabitlik bərpa olunub. Bu səhər talibançılar şəhərin mərkəzində yerləşən tiklilərə, o cümlədən dövlət obyektlərinə hücum eləmişdilər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, atışma və bir neçə partlayış nəticəsində şəhərin mərkəzində 9 sakin, o cümlədən 4 yaraqlı ölüb. 40-a yaxın adamsa yaralıdır.

Hücuma görə məsuliyyəti Taliban üstünə götürüb. Taliban nümayəndəsi bildirib ki, hücumlarda 20 yaraqlı iştirak edib.

Bu gün Əfqanıstanın paytaxtında yeni hökumətin andiçmə mərasimi keçirilməliydi.