Türkiyənin internet haqqında qanunu ləğv edilməlidir

Türkiyənin internet haqqında qanunu ya dəyişdirilməlidir, ya da ləv edilməlidir. ATƏT-in Söz azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti yanvarın 18-də belə deyib.

Ötən həftə Ankarada olan Haraşti Türkiyənin internet haqqında qanunun faktiki olaraq internetə çatımı məhdudlaşdırdığını və YouTube, GeoCities,Google kimi saytların bağlanmasına diqqət çəkib.