ABŞ prezidenti ailəsiylə birlikdə evsizlərə yemək paylayıb

Hər il qeyd olunan Martin Lüter Kinq Günü münasibətilə ABŞ prezidenti Barak Obama və onun ailə üzvləri evsiz adamlara yemək paylayıblar. Obama ailəsinin Vaşinqtondakı sosial təşkilatlardan birinin ofisində “Qoy, başqaları da yemək yeyə bilsin!” devizi altında həyata keçirdikləri aksiyada 150 evsiz nahar edib.

Amerikada hər il yanvarın 18-i vətəndaş hüquqları və sosial ədalət uğrunda mübarizə aparmış və 1968-ci ildə qətlə yetirilmiş Martin Lüter Kinqin şərəfinə Martin Lüter Kinq Günü kimi qeyd olunur.