Azərbaycan müdafiə nazirinin keçmiş müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin qətlinin istintaqında hələlik hər hansı yenilik yoxdur. Bu barədə respublikanın baş prokuroru Zakir Qaralov bildirib.
Rail Rzayevin adyutantının artıq həbs edildiyini deyən Z. Qaralovun sözlərinə görə, həmin şəxs qətldən sonra generalın kabinetinə girərək, müəyyən əşyaları oradan qanunsuz çıxarıb.
Xatırladaq ki, R. Rzayevin köməkçisi (adyutant) Aydın Rəfiyev və onun oğlu Anar ötən il aprelin 16-da Yasamal rayonu ərazisində yerləşən hərbi şəhərcikdə yerləşən evlərində həbs ediliblər. Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yaradılmış istintaq qrupunun üzvləri A. Rəfiyevin hərbi şəhərcikdə yerləşən mənzilinə və «Mitsubishi-Pajero» markalı maşınına baxış keçirən zaman maşından R. Rzayevə məxsus 1 ədəd qış gödəkcəsi və generalın xidməti avtomobilinin dövlət nömrə nişanını aşkar ediblər. Məhkəmə Anar Rəfiyevi Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 179-cu (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilərək barəsində həbs-qətimkan tədbiri seçsə də, Aydın Rəfiyevin ittiham olunduğu maddə açıqlanmır.
Əlavə edək ki, Aydın Rəfiyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bu il yanvarın 12-də dördüncü dəfə daha üç ay uzadılıb. APA
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafi Qoşunlarının rəhbəri, general-leytenant Rail Rzayev 2009-cu ilin fevralın 11-də İsmayıl Qutqaşınlı küçəsi, 125 ünvanında, yaşadığı evin yaxınlığında odlu silahla qətlə yetirilib.