Polis 8 nəfəri qətlə yetirmiş cinayətkarı axtarır

ABŞ-ın Vircinya ştatında polis 8 nəfəri qətlə yetirmiş cinayətkarı axtarır.

Polis Appomatoks şəhərindəki şəxsi evdə 7 nəfərin cəsəd aşkar edib. Daha bir cəsəd isə yol kənarından tapılıb. Polis cinayətkarın gizlənə biləcəyi meşə massivini mühasirəyə alıb. Cinayətkarın polis vertalyotuna atəş açdığı da bildirib.

Cinayətin motivi haqqında məlumat verilmir.