«Qanunsuz hərəkətlərə yol verən bir neçə polis vəzifəsindən kənarlaşdırılıb»

«Vətəndaşlarla davranışlarında qanunsuz hərəkətlərə yol verən bir neçə polis vəzifəsindən kənarlaşdırılıb». Bu sözləri AzadlıqRadiosuna İşgəncələr Üzrə Azərbaycan Milli Komitəsinin sədri Elçin Behbudov yanvarın 20-də Daxili İşlər Naziri ilə görüşü ilə bağlı açıqlama verərkən deyib.

Behbudovun sözlərinə görə, nazir Usubov komitənin şikayətlərini araşdırarkən belə bir qərar qəbul etdiyini bildirib.

Görüşdə insan haqları ilə bağlı bir sıra məsələlər, o sıradan dekabrın son günlərində Naxçıvan MR-in Culfa rayonunun Bənənyar kəndində baş verənlər müzakirə edilib.