Evsiz Haiti vətəndaşları düşərgələrə köçürülür

Haiti hökuməti zəlzələdən sonra evsiz qalan 400 min insanı müvəqqəti düşərgələrə köçürməyi planlaşdırır.

Hökumət sanitariya şəraiti və xəstəliklərin yayıla biləcəyindən narahatdır.

Xilasedicilər isə dağıntılar altında sağ qalanların olması ümidini itiriblər.

Yanvarın 12-də Haitidə 7 bal gücündə zəlzələ olacaq. 100 min insanın öldüyü ehtimal olunur. Artıq 75 min insan dəfn olunub.