ABŞ Əfqanıstan və Pakistanda qalmaq niyyətindədir

ABŞ Əfqanıstan və Pakistandan qoşunlarını çıxarandan sonra mülki iştirakını davam etdirəcək.

ABŞ Dövlət Departamentinin yeni hesabatında bildirilib ki, Vaşinqton 1989-cu ildə - Sovet qoşunlarının çıxarılmasından sonra buraxdığı səhvi təkrarlamayacaq.

Vaşinqton bildirib ki, Əfqanıstanda kənd təsərrüfatını bərpa etmək üçün mülki ekspertlərinin sayını artıracaq, onun dövlətçiliyini gücləndirəcək.