Çin-ABŞ münasibətləri korlana bilər

Çin bəyan edib ki, internet senzurası ilə bağlı ABŞ-ın ittihamları iki ölkə arasında münasibətləri korlaya bilər.

Yanvarın 21-də ABŞ Dövlət katibi Hillari Klinton internet azadlığı ilə bağlı çıxış edib, Çini «Google» şirkətinin haker hücumları ilə bağlı şikayətlərini araşdırmağa çağırıb. Nəhəng internet axtarış sistemi «Google» Çin bazarını tərk edəcəyi ilə hədələyib.

«Google» bir qrup hakerin çinli hüquq müdafiəçilərinin e-mail ünvanlarını sındırmağa cəhd etdiyini açıqlayıb

Çinin Xarici İşlər Nazirinin sözçüsü bildirib ki, bu cür ittihamlar «əsassızdır» və iki tərəfli münasibətlərə «zərər vurur».