ATƏT həmsədrləri bəyanat verib

Bəyanatda yanvarın 20-də həmsədrlərin Ermənistan prezidenti Serj Sarkisyanla görüşərək, ona dekabrda prezident İlham Əliyevə təqdim etdikləri Madrid prinsiplərinin yenilənmiş variantının son redaktələrini təqdim edildiyi qeyd olunur.

Həmsədrlər yanvarın 21-də Bakıya gələrək prezident İlham Əliyevlə görüşüblər. Hər iki prezident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini davam etdirmək istədiklərini bildirib.

Bəyanatda deyilir ki, həmsədrlər məsləhətləşmələr aparmaq üçün daha sonra ATƏT-ə hazırda sədrlik edən Qazaxıstana gediblər. Astanadakı məsləhətləşmələrdən sonra həmsədrlər Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə ev sahibliyi edəcəyi Soçiyə gedəcək.