Obama məhkəmənin qərarından narazıdır

ABŞ prezidenti Barak Obama Ali Məhkəmınin seçki kampaniyaları ilə bağlı qəbul etdiyi qərarı demokratiyaya zərbə adlandırıb.

Ali Məhkəmə bu günlərdə siyasi kampaniyaların bizneslə maliyyələşdirilməsinə qoyulmuş qadağanı aradan götürüb.

Obama radio və internetlə həftəlik çıxışında bu qərarı şəxsən onun özünün seçkiqabağı verdiyi vədlərdən geri dönməsi kimi qiymətləndirib.

Obama həmin vaxt lobbiçilər və digər maraq dairələrinin siyasətə təsirinin məhdudlaşdırılacağını vəd etmişdi.