Aralıq dənizi üzərində təyyarə qəzası

Efiopiya Hava Yollarına məxsus təyyarə Aralıq dənizinin üstündə qəzaya uğrayıb. Təxminən 90 sərnişin daşıyan təyyarə Beyrut hava limanından qalxdıqdan az sonra radarlardan itib. Kiminsə sağ qalıb-qalmadığı haqda məlumat verilmir.

Röytersin xəbərinə görə, sahildə yaşayanlar yanan bir təyyarənin dənizə düşdüyünü gördüklərini təsdiqləyiblər.

Təyyarə Efiopiya paytaxtı Əddis-Ababaya uçurdu.