Bağdadda yenidən partlayış olub

Yanvarın 26-da Bağdadda baş verən partlayışda azı 17 nəfər ölüb, onlarla adam yaralanıb.

Bu barədə DİN-yi məlumat yayıb. İntiharçının hədəfi nazirliyin binası olub.

Rəsmilər xeyli polisin xəsarət aldığını bildirib.

Dünən də İraq paytaxtında oteldə partlayış olub, azı 36 nəfər ölüb, 70-ə yaxın yaralı var.

Rəsmilər və ABŞ qüvvələri martın 7-nə təyin olunmuş parlament seçkilərindən əvvəl İraqda zorakılığın artdığını bildirir.