Güllələnən futbolçunun vəziyyəti ağırdır

Latın Amerikasının ən yaxşı futbolçularından birinin vəziyyəti sabit ağır olaraq qalır. Salvador Kabana Mexiko şəhərindəki barlardan birində başından güllələnib.

29 yaşlı hücumçu yanvarın 25-də əməliyyat olunsa da, gülləni kəllə sümüyündən çıxara bilməyiblər. Həkimlər ehtiyatlanıb ki, futbolçunun vəziyyəti ağırlaşa bilər.

Hazırda hadisə ilə bağlı araşdırma gedir.

Salvador Kabananın bu yay Cənubi Afrikada keçiriləcək Dünya Kubokunda Paraqvay komandasına başçılıq edəcəyi gözlənilirdi. Paraqvay qrup çərçivəsində İtaliya, Yeni Zelandiya və Slovakiya ilə qarşılaşacaq.