İlk qar 13 nəfəri xəstəxanalıq etdi

Bakıda ilk qar

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası baş həkiminin müavini Rauf Nağıyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, bu gün saat 16 radələrinədək onlardan 13 nəfər qeydiyyatdan keçib.

«Sürüşərək yıxılıb xəsarət alanlar əsasən orta yaşa mənsub adamlardır. Ancaq xəstəxanaya yerləşdirilənlər arasında azyaşlı uşaqlar - məktəblilər də var».

Rauf Nağıyev hesab edir ki, insanların qarlı havada yıxılıb xəsarət almalarına həmişə təsadüf edilir. Ona görə də belə havalarda Təcili Tibbi Yardım Stansiyası gücləndirilmiş rejimdə işləyir.

Yanvarın 25-i gecədən başlayan qar 26-da - xüsusilə günün birinci yarısı Bakının küçələrində maşınların və piyadaların hərəkətinə xeyli çətinlik yaradıb.

HƏMÇİNİN OXU:

Bakı yenidən iflic oldu