İraqın işğalı qanunsuz imiş

2003-cü ildə İraqın işğalı tamamilə qanunsuz olub. Britaniya xarici işlər nazirliyinin 2003-cü ildə müşaviri olan Maykl Vud İraqa qoşun yeridilməsini araşdıran xüsusi komissiyaya belə ifadə verib.

Vud bildirib ki, “BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiya verilmədiyindən İraqa qarşı hərbi qüvvədən istifadə beynəlxalq hüquqa zidd olub.

Vud bildirib ki, o vaxtki Bleyr hökumətinə də İraqa qoşun yeritməməklə bağlı tövsiyyə verib, amma ona qulaq asan olmayıb.

2003-cü ildə İraqa qoşun yeridilməsinə qərar verən Britaniyanın o vaxtki Baş naziri Toni Bleyr bu həftə xüsusi komissiya qarşısında ifadə verəcək.