Səfər Əbiyev «Şöhrət» ordeni aldı

S.Əbiyev 1994-cü ildən Azərbaycan Respublikasının Müdafiə naziridir

Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev «Şöhrət» ordeni alıb. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sənəddə deyilir:

«Azərbaycan Respublikasında ordu quruculuğu sahəsində xidmətlərinə görə Səfər Axundbala oğlu Əbiyev «Şöhrət» ordeni ilə təltif edilsin».

S.Əbiyevin bu gün 60 yaşı tamam olur. O, 1950-ci il yanvarın 27-də anadan olub.

S.Əbiyev 1994-cü ildən Azərbaycan Respublikasının Müdafiə naziridir.