Beynəlxalq ictimaiyyət İranın nüvə proqramı ilə bağlı yaranmış çıxılmaz vəziyyətdə hər hansı irəliləyişin olmasını əbədi olaraq gözləyə bilməz. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Londonda ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşündən sonra Lavrov bildirib ki, Moskva İranın dünya dövlətlərinin problemin həllinə dair irəli sürdüyü təklifi rədd etməsindən təəssüflənib.
Rusiyanın xarici işlər naziri BMT-nin Təhlükəsizlik Şurası üzvlərinin növbəti addım üçün bir araya gələcəyini söyləyib.