««Azadlıq»dan daha böyük birlik istəyirik»

AXCP sədri Əli Kərimli

«Bizim Yol»: «Avtoritar rejimlərdə seçkiyə 9 ay qalmış demokratik qüvvələr onları ayıran yox, birləşdirən məqamları axtarıb tapmalıdırlar».

AXCP sədri Əli Kərimli qəzetə müsahibəsində belə deyib: «Mənə heç kim izah edə bilməz ki, daha böyük koalisiya yaratmaq əvəzinə olan birliyimizdən imtina etməliyik».

«Azadlıq»: Venesiya Komissiyasının mövqeyi necə qarşılanır?

Həsən Kərimov: «Seçki komissiyalarının bütün tərəfləri razı salan tərkibdə formalaşması reallığa uyğundur».

Əvəz Temirxan: Seçki komissiyaları hakimiyyətin nəzarətində olduğundan Azərbaycan reallığında mojaritar sistemlə normal seçki keçirmək absurddur»

«Yeni Müsavat»: Soçi danışıqlarından preambulanın «sirri»

Söhbət formal xarakterli bir neçə cümlədən gedir, əslində isə heç nə razılaşdırılmayıb.

«Bakı xəbər»: 15 rayonun icra məmurlarını həbs təhlükəsi gözləyir

Nazirlər Kabineti Maliyyə Nazirliyinin fermerlər üçün təyinatlı vəsaitlərinin mənimsənilmə faktlarını inzibati orqanlara göndərdi.

«525-ci qəzet»: Ermənistan faktaraşdırıcı missiyaların Qarabağa səfərinə əngəl törədir

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev: «İndi olmasın, sabah olsun deyə-deyə bu işi uzadırlar».

«Yeni Azərbaycan»: Azərbaycanda yeni infrastruktur və investisiya layihələri həyata keçiriləcək

Ramiz Mehdiyev: «Sosial proqramların həyata keçirilməsi 2010-cu ildə və sonrakı illərdə də hökumətin diqqət mərkəzində olacaq».