Klinton Haitiyə təcili yardım etməyə çağırıb

Keçmiş ABŞ prezidenti Bill Klinton Davosda keçirilən Beynəlxalq İqtisadi Formda çıxış edərkən zəlzələdən ciddi ziyan dəymiş Haitiyə yardım etməyə çağırıb.

Bill Klinton deyib ki, Haitiyə təcili yardım edilməli, gələcəkdə isə iqtisadiyyat və infrastruktura böyük məbləğdə sərmayyə qoyulmalıdır.

Zəlzələdə 200 minədək adamın öldüyü ehtimal olunur.