Azərbaycanlı zəvvarlar Kərbəlada güllələndi

Kərbəlada zəvvarlar güllələndi

Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən şiə zəvvarların avtobusu naməlum şəxslər tərəfindən atəşə tutulub. Bu xəbər Turana məlumatlı mənbələrdən daxil olub.

Xəbərə görə, hadisə yanvarın 28-də səhər saatlarında baş verib. Avtobus karvanının qarşısını kəsən taksidən düşən şəxslər avtobuslara atəş açmağa başlayıblar. Bu atəş nəticəsində Bakının Maştağa kəndindən olan 14 yaşlı qız həlak olub, kənd sakini olan daha bir qadın və bir kişi zəvvar yaralanıb, bir neçə zəvvar yaralanıb.

Mənbənin məlumatına görə, həlak olan qızın İraqın Nəcəf şəhərində dəfn edilməsi nəzərdə tutulur.

Qaynaq yaralıların müalicəsini, İraqda qalan zəvvarlar qrupunun Azərbaycana gətirilməsini ziyarəti təşkil edən şirkətin öz üzərinə götürdüyünü bildirir.

Mənbə İrandan olan zəvvarlara da atəş açılması nəticəsində 27 nəfərin həlak olduğunu bildirir.