Şimali və Cənubi Koreya danışıqları bərpa edir

Şimali və Cənubi Koreya sərhəddəki atışmaya baxmayaraq bazar ertəsi iqtisadi əməkdaşlıqla bağlı danışıqları bərpa edəcəklər.

Cənubi Koreya hökumətinin nümayəndəsi deyir ki, görüş Şimali Koreyanın sərhəd bölgəsində yerləşən Keong şəhərində keçiriləcək.

Birgə sənaye kompleksinin təkmilləşdirilməsi ilə bağlı yanvarın 21-də keçirilmiş görüş heç bir nəticə vermədi.

BMT-nin baş katibi Ban Ki Mun isə bu arada hümanitar yardımla bağlı danışıqları bərpa etmək üçün şimali Koreyaya xüsusi elçilərini göndərir.

Danışıqlarda Şimali Koreyanın nüvə proqramına da toxunulacağı gözlənilir.