Pakistan televiziyası talibançıların liderinin öldüyünü xəbər verir

Pakistanın dövlət televiziyası Pakistan taliblərinin lideri Hikmətulla Məsudun öldüyünü xəbər verir.

Məlumatlara görə Məsud ayın əvvəllərində raket zərbəsində aldığı yaradan keçinib.

Amma bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Talibançılar isə liderlərinin ölmədiyini deyirlər.