Bakıda iki avtobus toqquşub, ölənlər var

Bu gün saat 7:30-da Binəqədi rayonunda Poladəritmə zavodunun yaxınlığında 165 və 10 saylı avtobuslar toqquşub.

Bakı şəhər Təcili Yardım Stansiyasında baş həkiminin müavini Rauf Nağıyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, 3 nəfər yaralanıb, 2 nəfər ölüb. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.