Avtomobil bazarında «zəlzələ»

Hazırda Azərbaycanda 1 milyondan çox nəqliyyat vasitəsi var. Onların təqribən 80 faizi minik avtomobilləridir

«Bizim Yol»: Hazırda Azərbaycanda 1 milyondan çox nəqliyyat vasitəsi var. Onların təqribən 80 faizi minik avtomobilləridir. Deməli, əhalinin avtomobilə olan tələbatı çox böyükdür. Məhz bu tələbatın nəticəsidir ki, ən böyük rəsmi və qeyr-rəsmi gömrük rüsumları məhz nəqliyyat vasitələrinə tətbiq edilir.

Hələ bu azmış kimi, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev avtomobillər üçün gömrük rüsumlarının artırılacağı haqda açıqlama verir. Burada bir sual meydana çıxır: İndiki şəraitdə buna nə ehtiyac varmı?

«Yeni Müsavat»: Ordudakı hadisə hakimiyyət daxilində təlatüm yaradıb

Müdafiə nazirinin rəqibləri onun yerinə namizədlərini müəyyənləşdirirlər.

«Bakı Xəbər»: Benzinin yenidən bahalaşması söhbətləri gedir

Ekspertlər bunun üçün hər hansı əsasın olmadığını düşünsələr də, söhbətlərin real olacağını deyənlər də var.

«Azadlıq»: Stepan Şaumyan: Ağcaqumla Hindistan arasında

Cəmil Həsənli: «Şaumyanla bağlı başlanmış mübahisələr Azərbaycan tarix elmi üçün elə ciddi əhəmiyyətə malik deyil».

«Ədalət»: Milli-mənəvi dəyərlər və maliyyə

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli: «Televiziyalarda şitlik müəyyən qədər azalıb».

«Yeni Azərbaycan»: Gənclər siyasəti uğurlu nəticələr verməkdədir

Raqif Abbasov: Azərbaycan gənclər siyasətində normativ hüquqi aktların hazırlanması, gənclərin cəmiyyətdə özünü təsdiq etməsi məsələlərində MDB məkanında xüsusi fərqlənir, bu prosesdə öndə gedən ölkə kimi özünü sübut edib.

«Azərbaycan»: Ötən il qeyri-neft sektorundan büdcəyə 2,3 milyard manatdan çox vergi daxil olmuşdur

Vergilər Nazirliyinin kollegiya iclasında keçən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir.