İranda daha 9 müxalifətçi edam olunacaq

İranda müxalifətin etiraz aksiyalarında iştirak etmiş daha 9 nəfər edam olunacaq. Bunu məhkəmənin yüksək vəzifəli nümayəndəsi bildirib.

9 nəfərə ölüm hökmü keçən həftə verilib. Vəkilləri onların hökmündən apelyasiya şikayəti veriblər.

Bir neçə gün əvvəl müxalifətin etiraz aksiyalarında iştirak etdikləri üçün ölüm hökmü almış iki nəfər edam olunmuşdu.