Ukrayna Rusiya vətəndaşlarını casusluq ittihamı ilə saxlayıb

Ukrayna deyir ki, casusluq fəaliyyətlərinə görə 4 Rusiya vətəndaşını ölkədən çıxarır. (Röyters)

Daha bir Rusiya vətəndaşına qarşı da casusluq ittihamı irəli sürülüb və o həbsdə saxlanır.

Bu barədə Ukrayna kəşfiyyatının rəhbəri Valentin Nalivayçenko bildirib.

Onun sözlərinə görə, rusları Odessada tutublar, onlar hərbi sirləri əldə etmək istəyirmişlər.

Hələ ki Rusiyanın məsələyə reaksiyası bilinmir.