İran uran ehtiyatını zənginləşdirilmək üçün xaricə göndərməyə hazırdır

Mahmud Əhmədinejat indi də bəyan edib ki, İran BMT-nin təklifinə uyğun olaraq uran ehtiyatını zənginləşdirilmək üçün xaricə göndərməyə hazırdır.

Bir neçə ay idi ki, rəsmi Tehran BMT-nin bu təklifini kəskin tənqid edir və alternativ variantlar irəli sürürdü.

ABŞ rəsmiləri bildiriblər ki, İran BMT-nin təklifini qəbul etməsi barədə Beynəlxalq Atom Enerjisi Agentliyini rəsmən məlumatlandırmalıdır.