ABŞ dövlət katibinin müavini Ceyms Steynberq Cənubi Qafqaza gəlir

ABŞ dövlət katibinin müavini Ceyms Steynberq fevralın 4-5-də Cənubi Qafqaza səfər edəcək. O Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Görüşdə ikitərəfli və regional

məsələlər müzakirə ediləcək.

Steynberq sonra Tbilisiyə gedəcək. Prezident Mixail Saakaşvili və Gürcüstan müxalifətinin nümayəndələriylə görüşəcək. Fevralın 5-də isə təhlükəsizliklə bağlı konfransda iştirak etmək üçün o Almaniyanın Münhen şəhərinə gedəcək. Burda Azərbaycan prezidenti İlham Əliyevlə və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək..