Çin Amerikaya qarşı kəşfiyyatı genişləndirib

Ötən bir il ərzində Çin Amerikaya qarşı kəşfiyyat fəaliyyətini xeyli genişləndirib. Bunu da ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəhbəri Denis Bleyr Konqresə yazılı məlumatında bildirib.

Prezident Barak Obama ötən həftə ABŞ-ın Tayvana 6.4 milyard dollarlıq silah satmaq niyyətini açıqlayandan Çinin Birləşmiş Ştatlarla münasibətləri xeyli gərginləşib.

Ötən ilin noyabrında da Pekinin hərbi və iqtisadi qüdrətini artırmaq məqsədilə Çin kəşfiyyatının ciddi səylə Amerikanın dövlət sirlərini ələ keçirməyə çalışdığı bildirilmişdi.