Nigeriyalı terrorçu istintaq orqanları ilə əməkdaşlıq edir

ABŞ rəsmilərinin sözlərinə görə, Milad Günü Amsterdamdan Detroyta uçan təyyarəni partlatmağa cəhd göstərmiş nigeriyalı terrorçu istintaq orqanları ilə səmərəli əməkdaşlıq edir.

23 yaşlı Ömar Faruk Əbdülmütəlləb bir müddət əməkdaşlıqdan imtina etsə də, Nigeriyadan gətirilmiş ailə üzvlərinin təsirindən sonra planlaşdırılan bir sıra terror aktları barədə istintaqa faydalı məlumatlar açıqlayıb.