Neftin qiyməti qalxıb

ABŞ iqtisadiyyatının dirçəlməyə başladığı barədə fikirlər dünya birjalarında neftin qiymətinin 4 faiz artmasına səbəb olub. Nyu York birjasında xam neftin bir bareli 2.8 dollar qalxaraq 77.23 dollar olub.

Bu, sentyabrdan neftin qiymətində müşahidə olunan ən böyük gündəlik artımdır.