Ukraynada seçki ərəfəsində gərginlik yaşanır.
Bazar günü keçiriləcək təkrar prezident seçkilərində indiki baş nazir Yuliya Timoşenko ilə Regionlar Partiyasının lideri Viktor Yanukoviç mübarizə aparacaq.
Timoşenkonun güclü olduğu lıvov şəhərində yayılmış vərəqələrdə əhali seçkini baykot etməyə və ya sadəcə Timoşenkoya səs verməməyə çağırılır.
Vərəqələrdən birində Timoşenkonun milliyətcə yəhudi olduğu bildirilir.
Timoşenkonun seçki bloku bunu rədd edir, həmçinin digər şəhərlərdə ona qarşı bu cür vərəqələr yayıldığını deyir.
Həmçinin Yanukoviçin güclü olduğu Luqansk şəhərində seçkini bayota çağıran vərəqələr yayılıb.
Vərəqələrin Kommunist və rusiyapərəst Tərəqqipərvər Sosialist Partiyası adından yayıldığı bildirilir.
Amma Sosialist partiyasının lideri Natalya Vitrenko bunun Timoşenkonun kampaniyası tərəfindən edilmiş təxribat olduğunu deyir.
Timoşenkonun kampaniyası isə ittihamı rədd edir, bu partiyaların Yanukoviçin Regionlar Partiyası ilə yaxın olduqlarını deyir.