Münhen konfransında İlham Əliyev də iştirak edəcək

Münhendə keçiriləcək 46-cı Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək.

Konfrans fevralın 4-dən 7-nə kimi keçiriləcək.

Bu barədə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.

Konfransda Transatlantik təhlükəsizlik və Avropa təhlükəsizliyi, enerji təhlükəsizliyi, Əfqanıstan və Yaxın Şərqdəki vəziyyət, NATO-nun yeni strateji konsepsiyası və digər beynəlxalq məsələlər müzakirə olunacaq.