Münhen konfransında İlham Əliyev də iştirak edəcək

Almaniyanın kansleri Angela Merkel və prezident İlham Əliyev, Berlin, 14 fevral 2007

Fevralın 4-də Münhendə 46-cı Təhlükəsizlik Konfransı başlayır.

Konfransa dünyanın 300-dək dövlət və hökumət başçısı, siyasətçi, iş adamı qatılacaq.

Konfransın gündəliyinə qlobal təhlükəsizlik məsələləri, NATO-nun yeni Əfqanıstan strategiyası, resursların təhlükəsizliyi, nüvə silahlarının ixtisarı, silahlanmaya nəzarət kimi məsələlərin müzakirəsi daxil edilib.

Tədbir fevralın 4-dən 7-nə kimi olacaq.

Münhendə keçiriləcək 46-cı Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Almaniyaya üç günlük səfər çərçivəsində dövlət başçısı bu gün Almaniyanın kansleri Angela Merkel ilə ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.